BDU-nun Filologiya fakültəsində özbək alimləri ilə görüş

03/06/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasında Özbəkistanın Daşkənd Dövlət Hüquq Universitetinin əməkdaşları Amina Fəttahova, Nilufər Bəhramova və Dilaron Raximova ilə görüş keçirilib.

Nümayəndə heyətinin üzvü Dilaron Raximova “Qafur Qulam şeirlərində ictimai ümumiləşdirmələr” mövzusunda çıxış edib, böyük şairin yaradıcılığında yer alan ictimai motivlərə toxunub. Natiq çıxışı zamanı Qafur Qulamın şeirlərini özbək dilində səsləndirib, onların bədii-ictimai məziyyətlərindən bəhs edib.

Türkologiya kafedrasının professorları - kafedra müdiri Məhərrəm Məmmədov və Firuzə Ağayeva, dosentlər Qızılgül Abdullayeva, Kəmalə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Sevinc Məmmədova çıxışlarında Filologiya fakültəsində tanınmış özbək şairi Qafur Qulamın yaradıcılığının geniş tədris edildiyini vurğulayıb, özbək və Azərbaycan ədəbiyyatları arasında minilliklər boyu etnik-dini yaxınlıq və bağlılıqdan irəli gələn oxşarlıq, doğmalıq olduğunu bildiriblər.

Görüşdə Azərbaycan-Özbəkistan arasında siyasi-iqtisadi, elmi-mədəni və təhsil sahəsindəki sıx əməkdaşlıqdan danışılıb, hər iki  universitetdə bu əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu qeyd olunub.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026