BDU-nun Filologiya fakültəsinin əməkdaşları region telekanallarının dili ilə bağlı monitorinq keçiriblər

24/12/2019

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası ənənəvi monitorinqini bu il də Bakı Dövlət Universitetinin Filologiya fakültəsi ilə birgə keçirib.
“Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında 2019-cu ilin oktyabr-noyabr aylarında aparılmış monitorinqlər çərçivəsində üç region televiziyasında  - Dünya TV, Kəpəz TV və ARB Cənub TV-də yayımlanan verilişlərin dili araşdırılıb. “Dünya” TV-də efirə gedən proqramların bir hissəsi və “Kəpəz” televiziyası üzrə monitorinqin nəticələrini BDU-nun “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasının kiçik elmi işçisi Pərvin Eyvazov hazırlayıb, “ARB Cənub” televiziyasının və “Dünya” TV-də bəzi proqramların monitorinqini isə BDU-nun “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi tədqiqat laboratoriyasının kiçik elmi işçisi, fil.f.d. Aynur Məmmədova aparıb.
Monitorinqin nəticələri haqqında hesabat hazırlanıb və dərc edilib. Region telekanallarında qeydə alınmış 957 norma pozuntusunun təhlili və ümumiləşdirilməsi yolu ilə prosesin əsas istiqamətləri və xarakterik təzahür formaları müəyyənləşdirilib, nöqsanların qarşısının alınması məqsədilə konkret təkliflər irəli sürülüb.
Monitorinqin nəticələrinə dair Lənkəran və Sumqayıt şəhərlərində keçirilmiş konfranslarda region televiziyalarının dil mənzərəsi geniş şəkildə təhlil olunub. Hər iki tədbirdə mütəxəssislər Azərbaycan dilinə göstərilən dövlət qayğısından danışıb, ədəbi dil normalarına riayət edilməsi ilə bağlı öz irad və təkliflərini səsləndirib, televiziya aparıcılarının suallarını cavablandırıb, onlara öz tövsiyələrini veriblər. Konfrans iştirakçıları öz çıxışlarında monitorinqin nəticələrini yüksək qiymətləndirib, ədəbi dilimizin teleradio məkanında tətbiqi vəziyyətinin yaxşılaşdırılması işinə verilmiş bir töhfə olduğunu xüsusi olaraq qeyd ediblər.

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026