BDU-nun Fizika fakültəsində “Fakültəmizi tanıyaq” adlı tədbirlərə start verilib

15/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi “Fakültəmizi tanıyaq” layihəsi çərçivəsində tədbirlərə start verib.

Layihənin məqsədi  tələbələrin fakültənin professor-müəllim heyətini yaxından tanımalarına, onların həyat yolu, uğur hekayələri ilə tanış olmalarına kömək etməkdir.

İlk tədbirdə tələbələrin fakültə rəhbərliyi ilə görüşü təşkil olunub. Fakültə dekanı Bəxtiyar Paşayev, dekan müavinləri Məhəmməd Məhərrəmov, Vüsal Məmmədov, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov orta məktəb və universitet illəri barədə xatirələrini danışıb, uğur qazanmaqlarında rol oynayan əsas amillərdən bəhs ediblər.

Qeyd olunub ki, ölkədə təhsil və gənclər siyasəti əsas prioritetlərdən hesab olunur. Çıxışlarda müasir dövrdə tələbələrin bilik qazanması üçün daha geniş imkanlara malik olduğu və bu imkanlardan səmərəli faydalanmağın zəruriliyi vurğulanıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026