BDU-nun Fizika fakültəsində professor Mais Süleymanovla görüş

19/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) “Fakültəmizi tanıyaq” layihəsi çərçivəsində BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiya Mərkəzinin müdiri, Maddə quruluşu kafedrasının professoru Mais Süleymanov ilə tələbələrin görüşü keçirilib.

Fizika fakültəsinin THİK üzrə rəhbəri, IV kurs tələbəsi Lamiyə Həmidova professor Mais Süleymanovun həyat və fəaliyyətini əks etdirən təqdimatla çıxış edib.

Sonra fakültə dekanı Bəxtiyar Paşayev, Maddə quruluşu kafedrasının müdiri Eldar Məsimov, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov professor Mais Süleymanovun nümunəvi müəllimlik fəaliyyətindən söz açıblar.

Qeyd olunub ki, Mais Süleymanov 1970-1975-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlayıb, həmin ildən Moskvada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Yüksək Enerjilər Laboratoriyasında elmi tədqiqatlar aparıb. 1980-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1999-cu ildə fizika-riyaziyyat elmləri doktoru dərəcələrini alıb. Çexiyada, Almaniyada, Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) elmi araşdırmalar həyata keçirib. 2006-2020-ci iilərdə Pakistanda xarici professor kimi fəaliyyət göstərib. Mais Süleymanov xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 535 elmi işin müəllifi və həmmüəllifidir. Onun elmi rəhbərliyi ilə 1 elmlər doktoru, 5-dən çox fəlsəfə doktoru yetişib.

Professor Mais Süleymanov Fizika fakültəsində təhsil illəri, nüvə fizikasına marağı, həyatında və elmi fəaliyyətində əhəmiyyətli rol oynamış şəxslər haqqında maraqlı məlumatları tələbələrlə bölüşüb. O, həyatda uğur qazanmaq üçün tələbələrə dəyərli tövsiyələr verib.

Xəbərlər

BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılır

BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılır
16/07/2026

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026