BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Kondensə olunmuş hal fizikası şöbəsində mikro və nanoelektronika üçün optimal parametrli material və cihazlar hazırlanır

16/05/2021

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Kondensə olunmuş hal fizikası şöbəsinin əməkdaşları tərəfindən nanoməsaməli silisiumun kimyəvi aşılama metodu  ilə alınması texnologiyası təkmilləşdirilimiş, məsaməli şüşə və silisium altlıqlar üzərində müxtəlif ionlarla aşqarlanmış nanoquruluşlu ZnS nazik təbəqələrin və sillenit tipli Bi12XO20, X=Ge,Si,Ti ) birləşmələrin alınma texnologiyası işlənib hazırlanmışdır. Müəyyən olunmuşdur ki, sillenit tipli Bi12XO20, X=Ge,Si,Ti ) birləşmələri optik-elektronika sistemlərində işığın idarə olunmasında, elektrooptik çeviricilərdə, informasiyanın optik üsulla yazılması, oxunması və silinməsində istifadə oluna bilər. Sillenit tipli birləşmələrin sadalanan xüsusiyyətlərinin və onları şərtləndirən fiziki proseslərin stasionar və dinamik rejimlərdə tədqiqi üzrə araşdırmalar davam edir.

Termoelektrik çeviricilər üçün perspektiv materiallardan hesab olunan AgSbSe2 və (AgSbSe2)0.9(PbTe)0.1 birləşmələrində ilk dəfə olaraq elektrik yüklərinin daşınmasının mexanizmi müəyyən edilmişdir.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024