BDU-nun Geologiya fakültəsi: Samur-Şabran zonasının bəzi sahələri təkrar şoranlaşıb

01/03/2022

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində "Samur-Şabran zonasının suvarılan torpaqlarının hidrogeoloji-meliorativ şəraitinin formalaşması amillərinin xarakteristikası" mövzusunda elmi seminar keçirilib.

Fakültə dekanı Mamoy Mansurov elmi seminarın tədqiqat obyektinin Böyük Qafqaz sıra dağlarının şimal-şərq hissəsindən Xəzər dənizinə qədər olan sahəni əhatə etdiyini qeyd edib.

Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynova mövzu ilə bağlı məruzə edib, həmin sahədə torpağın hidrogeoloji-meliorativ şəraitinin əsas göstəriciləri, qrunt sularının yatım dərinliyi, minerallaşması, kimyəvi tərkibi və torpaq-qruntların şoranlaşması haqqında məlumat verib.

Qeyd olunub ki, oroqrafik cəhətdən ərazi Xəzər dənizinə doğru tədricən maili olan və əvvəlcə Qusar dağətəyi düzənliyinə, sonra isə aşağı düzən sahəyə keçən yüksək dağlarla xarakterizə olunur.

Günay Hüseynova qeyd edib ki, Samur-Şabran zonasının suvarılan torpaqlarının 15%-i qeyri-qənaətbəxş hidrogeoloji-meliorativ vəziyyətdə, bəzi sahələrdə qrunt suyu səviyyəsi yer səthindən 1-1,5 m dərinlikdədir. Bəzi ərazilərdə suvarılan torpaqlarda hətta bataqlıqlaşma müşahidə olunur, nəticədə torpağın üst qatı təkrar şoranlaşıb. Suvarma sularının qeyri-səmərəli istifadəsi torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin daha tez pisləşməsinə səbəb olur. Buna görə də hidrogeoloji-meliorativ vəziyyəti qeyri-qənaətbəxş olan torpaqların üzərində daimi nəzarət lazımdır.

Seminarın sonunda məruzədə göstərilən məsələlər və əldə olunmuş nəticələrin tətbiq sahələri müzakirə olunub.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025