BDU-nun Geologiya, Fizika, Mexanika-riyaziyyat fakültələri və “Gənc istedadlar” liseyinin birgə təşkilatçılığı ilə Xocalı qurbanları anılıb

25/02/2022

Bakı Dövlət Universitetində Geologiya, Fizika və Mexanika-riyaziyyat fakültələrinin  birgə təşkilatçılığı ilə Xocalı soyqrımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Geologiya fakültəsinin dekanı Mamoy Mansurov çıxış edərək Xocalı soyqırımının azərbaycanlılara və bütün bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayıb.

BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri  Azad Rzayev beynəlxalq arenada Xocalı soyqırımının tanınması istiqamətində görülən işlər və hədəflər barədə auditoriyaya geniş məlumat verib. O qeyd edib ki, bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşür.

Geologiya fakültəsinin dekan müavini  Ruslan Şəmiyev və Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov çıxışlarında müzəffər   Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində Qarabağı işğaldan azad etdiyini və şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.

Daha sonra BDU-nun “Gənc istedadlar” liseyinin şagirdləri  Aysu Əliyeva, Nəzrin Cəlilova, İsmayıl Cəlilov, Ayan Hüseynov və Əli Qurbanlı  Xocalı faciəsinə həsr olunmuş şerlər səsləndiriblər.

 

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025