BDU-nun fizikləri 2017-ci ildə "Thomson Reuters" jurnallarında 118 elmi məqalə çap etdiriblər

24/05/2018

Bu gün Bakı Dövlət Universitetində Təhsil Nazirliyi və STAR-NET-in birgə təşkilatçılığı ilə magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb. Rusiya, Türkiyə, Ukrayna, Belarus, Qazaxıstan universitetlərinin, o cümlədən, respublika ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfransın plenar iclasını açan rektor, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edib. BDU-nun aparıcı fakültələrindən olan Fizika fakültəsinin əməkdaşlarının yüksək səviyyədə apardıqları nəzəri və eksperimental tədqiqatlarının nəticələrinin dünyanın aparıcı jurnallarında dərc edildiyini diqqətə çatdırıb. Xüsusi olaraq qeyd edib ki, 2017-ci ilin nəticələrinə görə Fizika fakültəsinin gənc alim və tədqiqatçıları "Thomson Reuters" agentliyinin siyahısına daxil olan jurnallarda 118 elmi məqalə çap etdiriblər ki, bu da ölkə üzrə çox yüksək göstəricidir. Bu amil bir  daha gənc tədqiqatçıların, ümumiyyətlə yeni nəslin fundamental elm sahələrinə marağının getdikcə artmasını təsdiq edir.

Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanovun konfrans və iki gün davam edəcək bölmə iclasları haqqında məlumatından sonra gənc doktorantlar Həbibə Şirinova və Şəhla Şamilovanın məruzələri dinlənilib. Gənc alimlər çıxışlarında onu da qeyd ediblər ki, ötən il "Thomson Reuters" agentliyinin siyahısına daxil olan jurnallarda 118 elmi məqalənin çap olunması BDU-da innovativ sahələr üzrə tədqiqatlar aparmaq üçün yaradılan şəraitin daha bir təsdiqidir. Gənc alimlər universitetin 100 illik yubileyinin qeyd ediləcəyi gələn il üçün bu rəqəmi bir qədər də artırmağa çalışacaqlarını diqqətə çatdırıblar.

Plenar iclasdan sonra konfrans işini “Nəzəri fizika və astrofizika”,  “Bərk cisimlər və yarımkeçiricilər”, “Fiziki elektronika”,  “Biofizika və molekulyar fizika”, Nanomateriallar və nanotexnologiyalar”, Fizikanın tədrisi üsiulları” bölməsində davam etdirəcək və ümumilikdə 116 məruzə dinləniləcək.

 

Mətbuat və informasiya şöbəsi, 24 may 2018-ci il

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024