BDU-nun “Gənc istedadlar” liseyi “Nəsimi ili” ilə bağlı sərgi təşkil edib

29/10/2019

Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyi görkəmli Azərbaycan şairi, xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində xüsusi rol oynamış İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə “Dünya bir palitradır, biz də onun rəngləri” adlı yaradıcılıq sərgisi keçirib.

Xətai Sənət Mərkəzində baş tutan sərgidə liseyin 5, 6 və 7-ci sinif şagirdlərinin yağlı boya ilə kətan üzərinə iş, pastel sulu boya, taxta üzərində yandırma tikmə kimi texnikalardan istifadə edilməklə hazırladığı 40 rəsm əsəri nümayiş etdirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov açaraq Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına əsasən keçirilən çoxsaylı tədbirlərdən danışıb. “Gənc istedadlar” liseyi olaraq “Nəsimi ili”nə öz töhfəmizi şagirdlərimizin əl işləri ilə təqdim etmək qərarına gəldik, deyən direktor, sərgini həm də şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı baxımından səmərəli hesab edib.

Daha sonra millət vəkilləri Jalə Əliyeva, Fazil Mustafa, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun əməkdaşı Emin Hacıyev Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsini dövlətimizin ədəbiyyata, mədəniyyətə verdiyi yüksək dəyərin növbəti parlaq nümunəsi kimi qiymətləndirərək, dahi söz ustadı İmadəddin Nəsimi ilə bağlı təşkil edilən sərginin işinə uğurlar arzulayıblar.

Sonra sərgiyə baxış keçirilib və hər biri 3 nəfər olmaqla 9 nəfər şagirdin əl işi 1, 2 və 3-cü yerlərə layiq görülüb. Sərgidə lisey şagirdlərinin təqdimatında Nəsiminin şeir və qəzəlləri səsləndirilib, səhnəciklər göstərilib, mahnılar və rəsqlər ifa edilib. Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutub.

Xəbərlər

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
01/06/2020

BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb - VİDEO

BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb
01/06/2020

BDU-da “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib

BDU-da “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib
01/06/2020