BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng”

14/06/2019

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Son zəng” tədbiri keçirilib.

BDU-nun rektoru Elçin Babayev məzunları, valideynlərini və liseyin kollektivini təbrik edib. Bu il 11-ci buraxılışı keçirilən liseydən indiyədək məzun olan 382 nəfərdən 105-nin qəbul imtahanlarında 600-dən çox bal topladığını, 49 nəfərin isə xarici ölkələrin nüfuzlu universitetlərində təhsil aldıqlarını bildirib.

Məzunlardan 5 nəfərin Prezident təqaüdünə, 36 nəfərin qızıl, 6 nəfərin isə gümüş medala layiq görüldüyünü diqqətə çatdıran rektor Elçin Babayev lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş inşa yazı və “Ən yaxşı təqdimat” müsabiqələrində, müxtəlif intellekt, bilik və idman yarışlarında qazandıqları uğurlardan da bəhs edib.

Liseyin direktoru, professor Qasım Hüseynov Azərbaycan və rus bölməsindən 48 nəfərin məzun olduğunu qeyd edərək onların hər birinə gələcək həyatlarında uğurlar arzulayıb.

Valideynlər adından Arzu Eyyubova, məzunlar adından liseyi qızıl medalla bitirmiş ADA Universitetinin tələbəsi Orduxan Qəhrəmanzadə çıxış ediblər.

Tədbir lisey şagirdlərinin bədii proqramı ilə başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi, 14 iyun 2019-cu il.

KİV-də yayımlananlar

 

Xəbərlər

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir
17/01/2025

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib
17/01/2025

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub
17/01/2025