BDU-nun gənc tədqiqatçıları Makedoniya Kimyaçıları və Texnoloqları Cəmiyyətinin 27-ci Konqresində iştirak edirlər

27/09/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi Lalə Qəhrəmanlı, elmi işçiləri Orxan Güləhmədov və Aynurə Kərimova Şimali  Makedoniyanın Ohrid şəhərində keçirilən Makedoniya Kimyaçıları və Texnoloqları Cəmiyyətinin 27-ci Konqresində (27th Congress of the Society of Chemists and Technologists of Macedonia) iştirak edirlər.

Elmi dialoqun inkişaf etdirilməsi və qabaqcıl araşdırmaların təqdim edilməsinə yönəlmiş konqresdə BDU əməkdaşları “Sonokimyəvi və SILAR üsulları ilə əldə olunan CdxZn1-xS əsaslı nanokompozit materialların fiziki xüsusiyyətləri”, “Qamma şüalanmanın və termik işləmənin qrafen oksid əsaslı kompozit materiallara təsiri”, “Neylon/qrafen nanokompozit təbəqələri ilə triboelektrik nanogeneratorların təkmilləşdirilməsi”, "Xitozan və çarpaz tikilmiş xitozan ilə örtülmüş xrizin yüklü dəmir oksid nanohissəcikləri: Quruluş tədqiqi" adlı mövzularda çıxışlar edib, iştirakçıların suallarını cavablandırıblar.

Multidissiplinar xarakterli konqres 22 ölkədən olan alim, tədqiqatçı, akademik və sənaye mütəxəssislərinin iştirakı ilə ən son elmi nailiyyətləri müzakirə, müasir cəmiyyətin çağırışlarına cavab verən elmi və texnoloji həllərin inkişafını təşviq etmək məqsədi daşıyır.

BDU əməkdaşları konqresin təşkilatçısı, professor Jadranka  Blazhevska Gilev və dəvət olunmuş spiker, professor Stefano Bellucci ilə görüşüb, əməkdaşlıqla bağlı müzakirə aparıblar.

Xəbərlər

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
23/06/2026