BDU-nun gənc tədqiqatçıları “Multikulturalizm ili”nə həsr olunmuş respublika elmi-praktik konfransinda iştirak ediblər
Bakı Dövlət Universitetinin gənc tədqiqatçıları Bakı Slavyan Universitetində müstəqilliyin bərpasının 25-ci ildönümünə, Bakı Slavyan Universitetinin 70 illik yubileyinə və “Multikulturalizm ili”nə həsr olunmuş “Azərbaycan və Avropa: Multikulturazlim, Tolerantlıq və Birgəyaşayışın problemləri və perspektivləri” mövzusunda respublika elmi-praktik konfransında iştirak ediblər. Konfransda BDU-nun “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları Pərvin Eyvazov və Ramil Bayramov, Filologiya fakültəsinin tələbə və magistrantları: Könül Xəlilzadə, Mərziyyə Qasımova, Rəbiyyə Rəsulova, Mərziyyə Behbutova, Təhminə Baxışlı, Tarix fakültəsinin tələbəsi Aygün Bayramova, Sosial elmlər və psixologiya fakültəsinin tələbələri Nuranə Hüseynli və Sevinc Şərifova iştirak edib.
P.Eyvazov “Heydər Əliyevin dil siyasətində multikultural dəyərlər”, R.Bayramov “Birgəyaşayışın Azərbaycan modeli – Azərbaycançılıq ideologiyası”, K.Xəlilzadə “Multikulturalizm siyasətində dil faktoru”, M.Qasımova “İrqçilik və Azərbaycanda irqçiliyə münasibət”, R.Rəsulova “Azərbaycançılıq – milli ideologiyanın nümunəsi kimi”, M.Behbutova “H.Əliyev Azərbaycanda multikulturalizm siyasətinin banisi kimi”, T.Baxışlı “Azərbaycan ədəbi-bədii fikrində multikulturalizm ənənələri”, N.Hüseynli “Azərbaycanın multikultural həyat tərzi” və S.Şərifova “Multikulturalizm siyasətinin Azərbaycan modeli” adlı maraqlı elmi məruzələrlə BDU-nu uğurla təmsil edib.
Konfransda BDU-nun yüksək səviyyədə iştirakına rəhbərlik etdiyinə görə Filologiya fakültəsinin əməkdaşı Pərvin Eyvazov sertifikata layiq görülüb.
Mətbuat və informasiya şöbəsi, 22 noyabr 2016-cı il.