BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsində iştirak ediblər

05/02/2020

Bakı Dövlət Universitetinin (BDU) gənc tədqiqatçıları Günel Əliyeva, Lalə Məmmədova Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan Üçüncü Respublika İnnovasiya Müsabiqəsində iştirak ediblər. Universitetin Strateji İnkişaf planına əsasən tədqiqatçılar müsabiqəyə layihələrlə qatılıblar. Günel Əliyeva BDU-nun professoru Ülviyyə Həsənova və AMEA Fizika İnstitutunun əməkdaşı Şıxəmir Eminovun rəhbərliyi ilə “Nanomembrane” adlı layihə təqdim edib. Lalə Məmmədova isə  müsabiqəyə “The Secret of Longevity” adlı layihə ilə qatılıb. Onun layihəsi Biotexnologiyanın imkanlarının bioenerji, qida və ekoloji təhlükəsizlik sistemlərinin yaradılmasına yönəldilməsinə aid olub. Biotexnologiya Laboratoriyasının aparıcı elmi işçisi Rüfət Ağalarovla birgə işlədikləri layihənin məqsədi narın tullantılarından qiymətli antioksidant maddənin sənaye üsulu ilə alınması üzrə metodların işlənməsi olub. Hər iki tədqiqatçının layihəsi final mərhələsinə vəsiqə qazanıb.

Gənc tədqiqatçılar Günel Əliyeva və Lalə Məmmədova  29-31 yanvar 2020-ci il tarixlərində Estoniyada keçirilən “sTARTUp  Day” proqramında da iştirak ediblər. 66 ölkədən 350-dən çox startap layihənin təqdim olunduğu proqramda 162 investor iştirak edib.

“sTARTUp Day” proqramı çərçivəsində Günel Əliyeva Tartu Universitetinin  Kimya İnstitutunun əməkdaşları ilə layihəyə təqdim olunan nanomembranların yeni modifikasiyalarının sintezi barədə də müzakirələrdə iştirak edib. Tartu Biotexnologiya parkının tədqiqatçıları müxtəlif mühitlərdən canlı quruluşların ayrılmasında nanomembranların tətbiqinin maraqlı olduğunu vurğulayaraq,  birgə əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparıblar.  Günel Əliyeva həmçinin Tallin Universitetinin əməkdaşları və müxtəlif ölkələrdən layihəyə qatılan  investorlarla məhsuldar görüşlər keçirib.

Lalə Məmmədova “sTARTUp Day” proqramı çərçivəsində Tallin universitetinin Biologiya fakültəsinin əməkdaşları ilə antioksidantların təbii mənbələrinin araşdırılması mövzusunda müzakirələr aparıb. Tartu Biotexnologiya parkının tədqiqatçıları ilə də görüşdə əməkdaşlıq əlaqələrinin qurulmasına razılıq verilib.

Qeyd edək ki, BDU-nun gənc tədqiqatçıları Ələkbər Hüseynzadə, Əlibala Əliyev, İlahə Həsənova, Hacı Vahid Axundzadə, Sərvinaz Hacıyeva, Nurlan Əmrahov və Mircavid Ağayev də Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə qatılıblar.

 

Xəbərlər

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”
08/10/2024

BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır

BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır
08/10/2024

BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib

BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib
07/10/2024