BDU-nun gənc tədqiqatçısı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun konfransında iştirak edib

31/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının gənc tədqiqatçısı Günel Əliyeva İtaliyanın Roma şəhərində Milli Nüvə Fizikası İnstitutunda ənənəvi təşkil olunan “Nanoscience and Nanotechnology 2023” konfransında iştirak edib.

Günel Əliyeva konfransda “Qeyri-kovalent qarşılıqlı təsirlərə əsaslanan Şiff əsasları ilə qrafen oksid nanolaylarının səthi funksionallaşdırılması” (“Surface functionalization of graphene oxide nanolayers with Schiff bases based on non-covalent interactions”) adlı məruzə ilə çıxış edib. Məruzəyə təqdim edilən tədqiqat işində qrafen oksidin sintezi və müasir fiziki-kimyəvi tədqiqat üsulları vasitəsilə tədqiqi haqqında məlumat verilib. Son beş ildə kimyəvi tədqiqatların yeni sahəsi olan supramolekulyar quruluşların hədəfli dərman çatdırılmasında tətbiqindən bəhs edən Günel Əliyeva bir neçə hissənin assosiasiyasından (kovalent və ya olmayan) əmələ gələn mürəkkəb strukturlara və bu yüksək mürəkkəbliyin nəticəsi olan yeni kimyəvi xüsusiyyətlərə diqqət çəkib.

Günel Əliyevanın məruzəsindən sonra yeni strukturların ekoloji problemlərin həllində tətbiqi və bu istiqamətdə əməkdaşlığın yaradılması haqqında müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026