BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun ailəsi ziyarət olunub

07/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova, Universitet Tələbə Həmkarlar Komitəsinin sədri Hacıbaba Mustafayev 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Ataməli Musaoğlunun ailəsini ziyarət ediblər.

Fakültə dekanı Rövşən Cavadov qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə mütəmadi olaraq baş çəkmək, onlara təsəlli vermək, problemləri ilə maraqlanmaq hər birimizin borcudur. BDU əməkdaşları da öz şəhid məzunlarının xatirəsini həmişə ehtiramla anır, ailələrini vaxtaşırı ziyarət edirlər.

Görüşdə Ataməli Musaoğlunun Universitetdə təhsil aldığı müddətdə özünün nümunəvi davranışı, ədəb-ərkanı ilə seçildiyi, müəllimlərinin, dostlarının qəlbində əbədi yaşayacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Ataməli Musaoğlu 2012 - 2016-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb. Psixoloq kimi fəaliyyət göstərən Ataməli Musaoğlu 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub və oktyabrın 16-da Ağdərə rayonu  istiqamətində gedən döyüşlərdə yaralı dostunu xilas edərkən düşmən snayperinin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
14/06/2026

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026