BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

02/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) Hüquq fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə fakültənin məzunu, Vətən müharibəsi şəhidi Ceyhun Şalıyevin məzarı ziyarət olunub.

Ceyhun Şalıyevin əziz xatirəsi ehtiramla yad olunub. BDU-nun şəhid məzunlarının xalqımızın və Universitetin tarixində əbədi qalacağı vurğulanıb.

Qeyd edək ki,  Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə Vətən müharibəsində könüllü iştirak edən Ceyhun Şalıyev torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mərdlik və fədakarlıq nümunəsi göstərib. Füzulinin azad olunması uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.

O, ölümündən sonra  “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Xəbərlər

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026