BDU-nun şəhid məzunu Erkin Hüseynovun məzarı ziyarət olunub

13/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin müəllim və tələbələri Gəncədə fakültənin şəhid məzunu Erkin Hüseynovun məzarını ziyarət ediblər.

Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Nəzakət Kərimova, dosent Ülviyyə Ağabəyova, fakültənin Tələbə Həmkarlar İttifaqının sədri Heydər Aslanov, tələbələr şəhidin Gəncə Şəhidlər xiyabanındakı məzarı, oxuduğu məktəbdə şərəfinə ucaldılmış bulağın önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra onlar Erkin Hüseynovun ailə üzvləri ilə görüşüb, bütün Azərbaycan xalqının onunla fəxr etdiyini bildiriblər.

Qeyd edək ki, Erkin Hüseynov ötən il sentyabrın 12-də Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. O, 2016-2020-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə ixtisası üzrə təhsil alıb.

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Erkin Hüseynovun əziz xatirəsi müəllimlərinin və tələbə yoldaşlarının yaddaşında əbədi yaşayacaq.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026