BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

02/11/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Fizika fakültəsinin bir qrup əməkdaşı fakültənin şəhid məzunu Fikrət Zeynallının Tovuz rayonunun Aşağı Öysüzlü kəndindəki məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Universitet əməkdaşları kənddə onun xatirəsinə salınmış "Fikrət bulağı"nı ziyarət edib, şəhidin ailəsinə də baş çəkiblər.

Fikrət Zeynallı 23 fevral 1995-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 2012-2016-cı illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Fikrət Zeynallı Vətən müharibəsi zamanı Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Fikrət Zeynallı ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026