BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

04/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin tələbə təşkilatlarının üzvləri həmin fakültənin şəhid məzunu Manaf Bəhmənlinin məzarını ziyarət ediblər. Tələbələr şəhid məzunun məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər.

Şəhid Manaf Bəhmənlinin xatirəsi ehtiramla yad edilib, Universitetdə oxuduğu illərdə hər zaman ictimai fəallığı, yardımsevərliyi ilə seçildiyi, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək sentyabrın 27-də şəhidlik zirvəsinə yüksəldiyi qeyd olunub. Bildirilib ki, diqqətcil, gülərüz, vətənpərvər bir igid kimi tanınan Manaf Bəhmənlinin əziz xatirəsi yaddaşlardan silinməyəcək.

Allah şəhidlərimizə rəhmət eləsin!

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026