BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş Riyaziyyat olimpiadası

13/10/2025

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Mexanika-riyaziyyat fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə I kurs tələbələri arasında fakültənin şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş Riyaziyyat olimpiadası keçirilib.

Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev, Riyazi analiz kafedrasının müdiri Rəşid Əliyev, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Etibar Əhmədov fakültənin şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunan olimpiadanın rəmzi məna daşıdığını, onun xatirəsinin unudulmadığını, xalqımıza tarixi qələbəni yaşadan hər bir qəhrəmanın daim yad edildiyini diqqətə çatdırıblar.

“BDU könüllüləri” təşkilatının fakültə sədri Nuray Cəfərova olimpiadanın şərtləri və mərhələləri ilə bağlı tələbələri məlumatlandırıb. Olimpiadanın rəqabətliliklə yanaşı, həm də dostluq yarışı olduğunu qeyd edib.

Olimpiadanın nəticələrinə görə fakültə tələbələrindən İlkin Alıyev I, Ayxan Bayramalıyev II, Kənan Aydayev və Nərgiz İsmayıl III, Zeynəb Məlikhəsənova, Mehriban Məmmədova və Ayan Allahverdiyeva isə həvəsləndirici yerlərə layiq görülüblər.

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026