BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

22/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Universitetin bir qrup əməkdaş və tələbəsi Vətən müharibəsi şəhidi, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Nicat Əhmədovun doğum günündə ailəsi ilə görüşüb, məzarını ziyarət edib.

Ziyarətdə BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Elmar Dadaşov, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov və THİK-in fəal üzvləri iştirak ediblər.

Görüşdə çıxış edənlər Nicat Əhmədovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşduğunu qeyd ediblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Nicat Əhmədovun müəllimləri və tələbə yoldaşlarının qəlbində daim yaşayacağı vurğulanıb.

Qeyd edək ki, Nicat Əhmədov 2016-2020-ci illərdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təhsil alıb. 2020-ci il oktyabrın 8-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026