BDU-nun şəhid məzunu Nicat Əhmədovun xatirə lövhəsinin açılışı mərasimi keçirilib

23/09/2021

Bakı Dövlət Universitetinin (BDU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Nicat Əhmədovun doğum günündə xatirə lövhəsinin açılış mərasimi keçirilib. Şəhid Nicat Əhmədovun təhsil aldığı 229 saylı orta məktəbdə təşkil olunan mərasimdə millət vəkilləri, rayon icra hakimiyyətinin nümayəndələri, şəhid anaları, ictimai xadimlər və BDU-nun bir qrup kollektivi və tələbələri iştirak edib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, şəhid Nicat Əhmədovun təhsil aldığı Beynəlxalq münasibətlər və iqtisadiyyat  fakültəsinin dekan müavini Kənan Vəkilov tədbirdə çıxış edərək Nicat Əhmədovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqları bildirib, təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Nicat Əhmədov həm müəllim heyətinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağını qeyd ediblər.

Şəhid Nicat Əhmədovun atası Həsən Əhmədov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və məhz dövlətimizin başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini vurğulayıb. Bu savaşda Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər atası kimi fəxr etdiyini deyib.

Mərasimdə şəhidin döyüş yolundan danışılıb, onun haqqında xatirələr yada salınıb. Sonda 229 saylı məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib.

Xəbərlər

Türkiyənin Ərciyəz Universitetinin professoru BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib

Türkiyənin Ərciyəz Universitetinin professoru BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib
20/11/2025

BDU-nun Astrofizika kafedrası 2026-cı ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb

BDU-nun Astrofizika kafedrası 2026-cı ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb
20/11/2025

2026-cı ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək

2026-cı ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək
20/11/2025