BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub

11/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin və Tələbə Həmkarlar Təşkilatı Komitəsinin əməkdaşları Aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun məzarını ziyarət ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Vüqar Məmmədov 2011-2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb.  2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında həqiqi hərbi xidmətə başlayan Vüqar Məmmədov Aprel döyüşlərində topçu və manqa komandiri kimi iştirak edib.

O, Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Vüqar Məmmədov 2020-ci ilin oktyabrın 9-da Füzulinin azad edilməsi uğrunda əməliyyatda düşmən snayperinin açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026