BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub

11/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin əməkdaşları Aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun məzarını ziyarət ediblər. Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Şərşünaslıq fakültəsinin dekan müavinləri Nigar İsmayılzadə və Şahin Yusifli, tələbələr Aysu Əmrahova, Qasım Qasımov, Güləmməd Məmmədov iştirak ediblər. Fakültə əməkdaşları şəhidin məzarının önünə gül dəstələri qoyublar. Daha sonra şəhidin ailəsi ziyarət olunub.

Qeyd edək ki, Vüqar Məmmədov 2011–2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb. Sonra Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.

Vüqar Məmmədov 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində iştirak edib, torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı gedən döyüşlərdə fədakarlıq və igidlik nümunəsi göstərib. O, Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026