BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub

07/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun məzarı ziyarət olunub.

Ziyarətdə BDU-nun Şərqşünaslıq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli, THİK sədri Zöhrab Cavadzadə və təşkilatın fəal üzvləri iştirak ediblər.

Şəhidin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, Vüqar Məmmədov 2011-2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb. 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında həqiqi hərbi xidmətə başlayan Vüqar Məmmədov Aprel döyüşlərində topçu və manqa komandiri kimi iştirak edib. O, Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Vüqar Məmmədov 2020-ci ilin oktyabrın 9-da Füzulinin azad edilməsi uğrunda əməliyyatda qəhrəmancasına şəhid olub.

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026