BDU-nun şəhid məzununun ailəsi ziyarət olunub

17/03/2021

Bakı Dövlət Universiteti (BDU) və Missiya internet televiziyasının birgə layihəsi çərçivəsində BDU-nun bir qrup əməkdaşı Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2018-ci il məzunu, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Şamil Nəcəfovun ailəsini ziyarət edib. Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov, Tələbə Gənclər Təşkilatının fəal üzvü Ələkbər Həsənov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültə sədri Mirməhəmməd Hüseynov və Missiya TV-nin çəkiliş qrupu iştirak ediblər. Görüşdə şəhid Şamil Nəcəfovun əziz xatirəsi yad edilib

Şəhidin anası və qardaşı Şamil Nəcəfovun Vətən müharibəsində keçdiyi şərəfli yoldan, qəhrəmanlıqdan, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında göstərdiyi şücaətdən bəhs edib. Qeyd olunub ki, ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Layihə çərçivəsində BDU-nun Vətən müharibəsində şəhid olmuş bütün tələbə və məzunlarının ailələri ziyarət olunacaqdır.

https://www.youtube.com/watch?v=h4yKHhUFCAg

Xəbərlər

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
28/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28/07/2026

BDU rektoru abituriyentlərlə görüşüb

BDU rektoru abituriyentlərlə görüşüb
28/07/2026