BDU-nun Hirş indeksi 59-a çatıb

16/10/2023

Elmi yenilikləri və innovasiyaları tədris prosesinə tətbiq etməklə “təhsil - elm - istehsalat” formatında fəaliyyətin qurulması, insan kapitalının inkişafında aparıcı mövqenin qorunması, tələbələrdə tədqiqatçılıq vərdişlərinin formalaşdırılması üçün ölkədaxili və beynəlxalq əməkdaşlığın yeni müstəviyə yüksəldilməsi, habelə, dünyanın tanınmış ali təhsil müəssisələri ilə mübadilə əsasında professor-müəllim heyətinin təcrübəsinin artırılması, ölkənin və cəmiyyətin sosial-iqtisadi problemlərinin həllində iştirak edən “Tədqiqat Universiteti”nə çevrilməsi BDU-nun gələcəyə baxışının əsas tərkib hissəsini təşkil edir.

Təcrübə mübadiləsinin, birgə elmi-tədqiqatların aparılması məqsədilə əməkdaşların, doktorant və tələbələrin vaxtaşırı dünya miqyasında tanınmış universitetlərə, tədqiqat institutlarına və sənaye yönümlü elmi-tədqiqat mərkəzlərinə ezam olunması, dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssislərin ustad dərslərinin (master class), mühazirələrin və elmi seminarların təşkil olunması artıq öz bəhrəsini verməkdədir.

Belə ki, “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi son bir ay ərzində yenidən artaraq 59 olub. Hər bir əsərə istinadların orta sayı isə 7.19-a qədər yüksəlib.

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4144 elmi əsər nəşr edilib. Bu əsərlərə 29000-dən çox istinad edilib.

Qeyd edək ki, BDU-da Fizika, Riyaziyyat, Kimya, Biologiya, Pedaqogika, Psixologiya, Tarix, Fəlsəfə, Filologiya, Yer elmləri, Texnika elmləri, Hüquq elmləri, İqtisad elmləri, Siyasi elmlər kimi sahələr üzrə 200-ə yaxın mövzuda tədqiqatlar aparılır. Son illər BDU-da interdissiplinar və multidissiplinar tədqiqatlara üstünlük verilir. Bunun nəticəsidir ki, artıq humanitar-ictimai elm sahələri üzrə indekslənmiş jurnallarda dərc olunan elmi əsərlərin sayı və keyfiyyəti artır.

Bütün BDU ailəsini təbrik edir və daha böyük uğurlar arzulayırıq!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024