BDU-nun həmtəşkilatçılığı ilə “Heydər Əliyev və insan hüquqları: Qurtuluşdan başlanan inkişaf yolu” adlı Beynəlxalq elmi-praktiki konfrans

19/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Ədliyyə Nazirliyi ilə birgə Fəaliyyət Planına uyğun olaraq “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və insan hüquqları: Qurtuluşdan başlanan inkişaf yolu” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Hüquq fakültəsinin dekanı Zaur Əliyevin və Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitovanın moderatorluğu ilə keçirilən konfransda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, millət vəkilləri, hakimlər, ədliyyə orqanlarının əməkdaşları, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova Ümummilli Lider Heydər Əliyevin insan hüquq və azadlıqlarının səmərəli və etibarlı müdafiəsi, cəmiyyətdə hüquq düşüncəsinin, hüquq mədəniyyətinin yüksəldilməsi, şəffaflıq, insan hüquqlarına hörmət prinsiplərinin təmin edilməsi, vətəndaş cəmiyyətinin bərqərar olması sahəsində müstəsna xidmətlərindən söz açıblar.

Daha sonra Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasına həsr edilən film nümayiş olunub.

“İnsan hüquqları elminin və tədrisinin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri” mövzusunda çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan xalqının taleyində dönüş nöqtəsi yaradan və tariximizə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Gününün müstəsna tarixi əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın çətin vaxtında xilaskarlıq missiyasını və məsuliyyətini öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyev ölkəni ictimai-siyasi böhrandan  qurtarıb, vətəndaş həmrəyliyinin və sabitliyin təmin olunmasına, demokratik, hüquqi və dünyəvi dövlət yaradılmasına nail olub. İnsan hüquqları elminin formalaşmasının insan hüquqları sahəsində qanunvericilik bazasının yaradılması və inkişafından xeyli dərəcədə asılı olduğunu qeyd edən Zaur Əliyev Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi mexanizmlərini nəzərdə tutan beynəlxalq konvensiyaları ratifikasiya etməsinin, həmin konvensiyalar əsasında müasir milli-hüquqi normaların işlənib hazırlanması və təkmilləşdirilməsinin Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifələrdən biri olduğunu bildirib. O diqqətə çatdırıb ki, Hüquq fakültəsinin bakalavriat səviyyəsində “İnsan hüquqları” fənni tədris olunur və magistratura səviyyəsində müvafiq ixtisaslaşma üzrə kadr hazırlığı aparılır. Dekan Hüquq fakültəsinin insan hüquqları sahəsində maarifləndirici, yeniliklərin təbliğinə yönələn, müxtəlif əməkdaşlıqlara açıq, vətənpərvər, hüquqi dövlət quruculuğuna və hüquqi islahatlara töhfə verə biləcək mütəxəssislərin hazırlanmasından ibarət fəaliyyətindən geniş söhbət açıb.

Konfransda Türkiyənin Balıkesir Universitetinin rektoru, hüquq elmləri doktoru, professor Yücel Oğurlu, Ankara Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Muharrem Özen, həmin fakültənin professoru, hüquq elmləri doktoru Cavid Abdullazadə, Kazan Federal Universitetinin Beynəlxalq hüquq və Avropa hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Adel Abdullin, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, professor Lətif Hüseynov, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru, hüquq elmləri doktoru Əmir Əliyev məruzələrlə çıxış ediblər.

Beynəlxalq elmi-praktiki konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024