BDU-nun həmtəşkilatçılığı ilə Beynəlxalq elmi konfrans keçiriləcək: “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda”

11/07/2024

Bakı Dövlət Universiteti və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə 2024-cü il 24-25 oktyabr tarixlərində professor Qüdrət İsmayılzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Konfransın məqsədi Qarabağ və Zəngəzur bölgəsinin tarixin müxtəlif inkişaf mərhələlərində obyektiv mənzərəsini bərpa etməyə imkan verən arxeoloji tədqiqatlar və qeyri-maddi mədəni irsinin tədqiqi üzrə əldə olunmuş nəticələr ətrafında tanınmış mütəxəssislər, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə beynəlxalq müstəvidə müzakirələrin aparılması, elmi əməkdaşlığın genişləndirilməsidir.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
1.    Qarabağ və Zəngəzurun daş və paleometal dövrlərinin arxeoloji irsi
2.    Qarabağ və Zəngəzurda skif mədəniyyətinin izləri
3.    Qarabağ və Zəngəzurda alban mədəni irsi
4.    Qarabağ və Zəngəzurda İslam mədəni irsi
5.    Qarabağ və Zəngəzurun qeyri-maddi mədəni irsi
6.    Azərbaycanın arxeoloji irsinin tədqiqi, tədrisi və təbliğində professor Qüdrət İsmayılzadənin töhfələri
7.    Mədəni irsin nəzəri məsələləri

Tezislərin təqdim edilməsi üçün son tarix: 1 oktyabr 2024-cü il
Konfransın keçirilmə forması: hibrid
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis

İştirakla bağlı məlumat və tezislər elektron formada aşağıdakı ünvana göndərilməlidir:
conferencehistory@bsu.edu.az

Tələblər:
- Konfransa daha əvvəl başqa hər hansı bir yerdə nəşr və məruzə olunmamış orijinal tezislər göndərilməlidir;
- Proqram Komitəsi yalnız konfransın istiqamətləri üzrə qoyulan tələblərə və tərtib olunma qaydalarına uyğun olaraq yığılmış tezisləri nəzərdən keçirəcəkdir.

Tezislərin tərtib olunma qaydaları:
Tezisin adı qısa və aktual olmalıdır (12 sözdən çox olmamalıdır).
Tezisin adı: böyük hərflərlə, qalın şrift, şrift ölçüsü 14, şrift Calibri
Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12, şrift Calibri
Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri
Elektron ünvan: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri
Təqdim olunmuş tezisin həcmi 500 sözdən çox olmamalıdır. Format: A4; Fayl formatı: *doc, *docx; Şrift: Calibri, şrift ölçüsü 12, interval 1; Sahə: yuxarıdan – 2.7 sm, aşağıdan – 2.0 sm, soldan – 2.0 sm, sağdan – 2.5 sm.
İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir (məsələn, [2]).
Ədəbiyyat siyahısı mətnin sonunda verilir (məsələn, M.Hasanov, A.Mamedov, History of Azerbaijan. J of History. 2021, 25 (31), p. 34-45).

Yalnız qəbul olunmuş tezislər dərc olunacaqdır.

Proqram Komitəsi tərəfindən seçilmiş və müvafiq qaydada ciddi rəydən keçmiş məqalələr “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” konfrans materialları toplusuna daxil ediləcəkdir.

Konfransın keçiriləcəyi yer və əlaqə:
Bakı Dövlət Universiteti, AZ1148, Akademik Zahid Xəlilov küç., 33.
Tel: (+994 12) 538 22 93
Mob: (+994 50) 551 71 78
E-poçt: conferencehistory@bsu.edu.az

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024