BDU-nun Hüquq fakültəsində BMT QAK-ın nümayəndə heyəti ilə görüş

01/02/2023

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Hüquq şöbəsinin müdiri İvan Çarnetski və qurumun əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində olublar.

Fakültənin dekanı Zaur Əliyev hüquq tədrisi sahəsində BMT-nin müxtəlif strukturları, İnsan Hüquqları üzrə Ali Komissarlıqla əməkdaşlıq barədə ətraflı məlumat verib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğal altında olan əraziləri azad etdiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu, məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarına qayıtdığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirir. Azərbaycanın vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının fəallarının təbii sərvətlərin talanması və ətraf mühitin çirkləndirilməsinə qarşı Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiyada Hüquq fakültəsinin də iştirak etdiyini BMT nümayəndələrinin diqqətinə çatdıran dekan Ermənistan tərəfindən işğal dövründə şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, tarixi, dini, mədəni abidələrimizin dağıdılması, təbii sərvətlərin qanunsuz istismarına görə kompensasiyanın ödənilməsinin zəruriliyini qeyd edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi İvan Çarnetski Hüquq fakültəsinin fəaliyyətini, o cümlədən hüquqi tədris sahəsində BMT ilə əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib, genişmiqyaslı və müntəzəm əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Görüşdə Hüquq fakültəsi ilə əməkdaşlıq çərçivəsində təlimlərin təşkili və tələbələrin BMT-nin müvafiq strukturunda istehsalat təcrübəsi keçmək imkanları müzakirə edilib.

 

Xəbərlər

BDU ilk dəfə “GreenMetric Ranking 2024”də yer alıb

BDU ilk dəfə “GreenMetric Ranking 2024”də yer alıb
13/12/2024

BDU-da elektron biblioqrafik resursların təsnifatı araşdırılıb

BDU-da elektron biblioqrafik resursların təsnifatı araşdırılıb
13/12/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadasının bürünc mükafatçısıdır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadasının bürünc mükafatçısıdır
13/12/2024