BDU-nun Hüquq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib

24/06/2019

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Hüquqşünaslıq” ixtisasının “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” və “Transmilli cinayət hüququ” ixtisaslaşmaları üzrə magistr dissertasiyaların müdafiəsi keçirilib. Dissertasiya işləri “Cinayət hüququ və kriminologiya”, “Cinayət prosesi” və “Kriminalistika və məhkəmə ekspertizası” kafedralarında yerinə yetirilib. Müasir hüquq elminin və təcrübəsinin aktual məsələlərinə həsr edilən dissertasiyaların müdafiəsi olduqca maraqlı və səmərəli şəraitdə keçirilib.

İxtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi Prokuroru, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev magistrantların  elmi və peşə hazırlığını müsbət qiymətləndirib,  konktret müdafiə mövzuları üzrə öz təcrübəsindən irəli qələn fikirlərini bölüşüb, gənc hüquqşünas elmi tədqiqatçılara gələcək işlərində məsuliyyətli, prinsipial və vətənpərvər olmağı arzu edib.

Qeyd edək ki, müdafiədə 15 magistrantın dissertasiya işləri müzakirə olunub, onların əksəriyyəti “əla” qiymət alıb.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev ixtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, Azərbaycan Respublikasının Hərbi Prokuroru  Xanlar Vəliyevin  iştirakını, təklif və tövsiyələrini yüksək qiymətləndirib, müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib.

Mətbuat və informasiya şöbəsi, 24 iyun 2019-cu il.

Xəbərlər

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026

Milli birlik və həmrəylik bayramı

Milli birlik və həmrəylik bayramı
31/12/2025