BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

06/08/2025

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində elm və təhsil ciddi şəkildə bir-birini tamamlayır. Fakültədə 12 kafedra, 1 mərkəz və Hüquq Klinikası fəaliyyət göstərir.

Hüquq fakültəsində bakalavriatura pilləsində təhsil “Hüquqşünaslıq” ixtisası üzrə əyani və qiyabi təhsilalma formasında həyata keçirilir.

Fakültədə Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Konstitusiya hüququ, Cinayət hüququ və kriminologiya, Cinayət prosesi, Kriminalistika və məhkəmə ekspertizası, Əmək və ekologiya hüququ, Mülki hüquq, Mülki proses və kommersiya hüququ, İnsan hüquqları və informasiya hüququ UNESCO, Beynəlxalq ümumi hüquq, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ, Əqli mülkiyyət hüququ kafedraları fəaliyyət göstərir.

“Hüquqşünaslıq” ixtisası Respublikanın hüquq-mühafizə, məhkəmə, ədliyyə, vergi, gömrük orqanları, müxtəlif dövlət və hökümət qurumları üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Bu ixtisası bitirən məzunlar qanunverici, mərkəzi və yerli icra orqanlarında, özəl qurumlarda çalışa, hüquq elminin müxtəlif sahələrində elmi və pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026