BDU-nun Hüquq fakültəsinin təşkilatçılığı ilə “Beynəlxalq İnzibati Hüquq və İnzibati Məhkəmə Simpoziumu-2021” keçiriləcək

19/04/2021

Bakı Dövlət Universiteti və İstanbul Universitetinin Hüquq fakültələri, İnzibati Hüquq və Elmi Araşdırma-Tətbiq Mərkəzi, Buxara Dövlət Universiteti, L.N.Qumilyov adına Avrasiya Milli Universiteti, Əl-Farabi Qazaxıstan Milli Universiteti, H.Dosmuhammedov adına Atırau Universiteti və Beynəlxalq Vizyon Universitetinin birgə təşkilatçılığı ilə İstanbul Ticarət Universitetində 24-26 may 2021 tarixlərində “Beynəlxalq İnzibati Hüquq və İnzibati Məhkəmə Simpoziumu -2021” keçiriləcək.

Simpoziumun əsas mövzusu “İnzibati hüquq və  inzibati məhkəmədə yeni inkişaflar”dır. Simpoziumda inzibati hüquq və inzibati məhkəmə sahəsində böyük təcrübəyə malik akademik fəaliyyət göstərən tədqiqatçılar və bu sahədə çalışan mütəxəssislər iştirak edə bilərlər.

Simpoziumun işçi dili türk dilidir. Eyni zamanda ingilis, rus, qazax, özbək və Azərbaycan dillərində məruzələr qəbul edilir.

Simpoziumda iştirak etmək istəyənlər isalaj2021.istanbulticaret.edu.tr müraciət formasını doldurmalıdırlar.

Müraciət formasın məqalənin adı, metodologiyası, əsas fikir və nəticələrin xülasəsi (maksimum 500 söz) və altı açar söz (key words), iştirakçının adı, statusu və əlaqə məlumatlarını daxil edilməlidir.

 

Vacib tarixlər:

Tezislərin göndərilməsi üçün son tarix: 20 Aprel 2021

Qəbul edilmiş tezislərin elanı: 30 Aprel 2021

Tam mətnin təqdim edilməsi üçün son tarix: 15 May 2021

Simpozium Proqramının elan tarixi: 17 May 2021

 

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024