BDU-nun Hüquq Klinikası öz fəaliyyətini genişləndirir

01/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində fəaliyyət göstərən Hüquq Klinikası öz fəaliyyətini genişləndirir.

BDU-nun hüquqşünas alimlərinin rəhbərliyi ilə fakültənin aktiv tələbələrindən təşkil olunan Klinikanın asas məqsədi aztəminatlı ailələrə, eləcə də kibercinayətlərın və kiber istismarın qurbanı olmuş şəxslərə ödənişsiz hüquqi yardım göstərməkdir.

Müraciət edənlərə həm hüquqi məsləhətlər paketi təqdim olunur, həm də zərərçəkmişlərin hüquqlarınn müdafiəsi istiqamətində praktik dəstək göstərilir. Müasir dövrün tələblərinə uyğun olaraq Hüquq Klinikası onlayn konsultasiya xidmətləri təşkil edir. Müraciətlər onlayn qəbul olunur.

Bununla yanaşı, Klinika gənclər, tələbələr və ictimaiyyət üçün maarifləndirici təlim, seminar va praktik məşğələlər keçirir. Bu tədbirlər çərçivəsində rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, fərdi məlumatların qorunması, hüquqi müdafiə mexanizmləri, kibertəhlükəsizlik va insan hüquqlarının qorunması mövzuları öyrədilir. Klinika xarici universitetlərin Hüquq Klinikaları ilə də əməkdaşlıq məsələlərini əsas hədəf kimi müəyyən edib.

Hüquq Klinikası həmçinin əhalinin hüquqi savadlılığını artırmaq, hüquq mədəniyyətini formalaşdırmaq və vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək məqsədilə ictimai maarifləndirmə kampaniyaları, tədbirlər va sosial layihələr həyata keçirir.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026