BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026
2026-ci ilin doqquz ayı ərzində “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) imtahanda 7 və daha artıq bal toplamış 112 nəfər müəllim və tələbəsinin xərcləri Təhsilin İnkişafı Fondu (TİF) tərəfindən qarşılanıb. Onlardan 58-i imtahanda 7.0, 36-sı 7.5, 15-i 8.0, 3 nəfəri isə 8.5 nəticə əldə edib.
Qeyd edək ki, layihə 2022-ci ildən etibarən Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilir.

Xəbərlər
BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
BDU-nun professoru Adilə Abbasova vəfat edib
BDU-nun professoru Adilə Abbasova vəfat edib
