BDU-nun Jurnalistika fakültəsi ilə AİJA arasında əlaqələr genişlənir

05/03/2021

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin qonağı olub, fakültə rəhbərliyi ilə görüşdə bir sıra məsələlər müzakirə edilib. Görüşdə idman jurnalistlərinin ixtisaslarının təkmilləşdirilməsinə davamlı olaraq mümkün töhfələr vermək məqsədilə Jurnalistika fakültəsi ilə AİJA arasında əlaqələrin genişləndirilməsi və səylərin birləşdirilməsi qərara alınıb.
Dünyanın ən nüfuzlu idman jurnalistləri təşkilatı - Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) rəsmi saytında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının BDU-nun Jurnalistika fakültəsi ilə əməkdaşlığına xüsusi yer ayırıb.
Görüşdə qonaqlar fakültənin maddi-texniki bazası ilə yaxından tanış olub, idman jurnalistlərin ixtisaslarının təkmilləşdirilməsinə davamlı olaraq töhfələr vermək məqsədilə Jurnalistika fakültəsi ilə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026