BDU-nun Jurnalistika fakültəsinə tələbə qəbulu aparılır

19/08/2022

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 4 kafedra - Yeni media və kommunikasiya nəzəriyyəsi, Milli mətbuat tarixi, Multimedia və elektron kommunikasiya və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları fəaliyyət göstərir.

Fakültədə həmçinin 1 tədris tele-radio studiyası, 2 media mərkəzi  - “Füyuzat” Media mərkəzi və “Barama” Media mərkəzində tələbələr praktik təcrübələr aparırlar.

Fakültədə  “Jurnalistika” elmi-tədqiqat laboratoriyasında tələbələr elmi-tədqiqat işlərinə cəlb olunurlar.

“Jurnalistika” ixtisasının məzunları media orqanlarında, təşkilatların mətbuat xidməti, ictimaiyyətlə əlaqələr şöbələrində, informasiya agentliklərində, reklam sahəsində çalışa bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
04/11/2026