BDU-nun Jurnalistika fakültəsində “Elm günü” qeyd olunub

27/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbir keçirilib.

BDU-nun Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq 27 mart tarixini Azərbaycanda “Elm günü” kimi təsis etməsinin ölkədə elmin davamlı inkişafı üçün stimul olduğunu deyib. Sevinc Əliyeva bildirib ki, son bir ildə fakültə əməkdaşları tərəfindən 5 kitab, 30-a yaxın fənn proqramı, bir metodik vəsait və xüsusi indeksli beynəlxalq jurnallarda 5, respublikanın elmi məcmuələrində 30 elmi məqalə çap olunub. Bundan əlavə, fakültə tərəfindən ildə iki dəfə çap olunan “Jurnalistika” ictimai-siyasi humanitar elmlər seriyası olan məcmuədə tələbələr üçün açıq platforma şəraiti yaradılıb.

BDU-nun Mətbuat tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova fakültənin görkəmli professor-müəllim heyətinin müəllifliyi ilə çap olunan və tarixin inkişaf pillələrini öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən kitabların bir qismi ilə tələbələri tanış edib, onların məzmunundan söz açıb.

Tədbirin sonunda tələbələrə kitablar hədiyyə olunub.

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026