BDU-nun Jurnalistika fakültəsində elmi seminar: "Şuşa Bəyannaməsi - Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələsi"

31/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində "Şuşa Bəyannaməsi - Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələsi" mövzusunda elmi seminar keçirilib.

Filologiya elmləri doktoru Vüqar Əliyev "Şuşa Bəyannaməsi 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar müstəvisində" mövzusunda çıxış edib. O, Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə birliyinin rəhbərliyi altında yeni regional düzənin başlanğıcı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, belə bir sənədin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi regionda və dünyada əməkdaşlığın, birgə yaşayışın, sülhün, ərazi bütövlüyü və suverenliyin, iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin, təhlükəsizliyin carçısıdır.

Sözügedən sənədi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru kimi dəyərləndirən professor Qulu Məhərrəmli "Şuşa Bəyannaməsi müasir geosiyasi çarpışmalar kontekstində" mövzusunda məruzəsində iki ölkə arasındakı müttəfiqliyin müxtəlif aspeklərini diqqətə çatdırıb. Bildirib ki, müştərək maraq kəsb edən regional və beynəlxalq məsələlərdə birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirən saziş Bakı və Ankaranın rəhbərliyi ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının göstəricisidir.
Elmi seminar interaktiv formada davam edib.

Məruzəçilər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Xəbərlər

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”
11/02/2026

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb
10/02/2026

BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır
10/02/2026