BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim və tələbə heyəti “Yeni Azərbaycan” qəzetində

27/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda silsilə tədbirlər keçirir. Azərbaycan Mətbuat Şurasında baş tutan ilk tədbirdən sonra Jurnalistika fakültəsinin professor-müəllim və tələbə heyəti “Yeni Azərbaycan” qəzeti redaksiyasında olub.

Görüşdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir. Baş redaktor Heydər Əliyevin dövlət başçısı kimi imzaladığı müvafiq fərman və sərəncamların ölkə mətbuatının inkişafında mühüm hadisə kimi qiymətləndirildiyinə diqqət çəkib.

Görüş zamanı Ümummilli Liderlə bağlı xatirələrini bölüşən baş redaktor Ulu Öndərin mətbuata və mətbuat işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşdığını, hər zaman jurnalistlərin yanında olduğunu bildirib.

Tədbirdə tələbələri maraqlandıran suallar da cavablandırılıb.

Daha sonra qonaqlar “Yeni Azərbaycan”ın internet televiziyasının fəaliyyəti ilə tanış olublar.

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024