BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün yeni imkan

19/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyası arasında imzalanmış memoranduma əsasən, tələbələr üçün qısamüddətli təlimlər təşkil olunur.

Nitq mədəniyyəti üzrə təlimlər Teleradio Akademiyasının müəllimləri - əməkdar jurnalist Rafiq Həşimov, əməkdar artist Nərgiz Cəlilova, əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı, əməkdar artist Sevda Ağazadə tərəfindən keçiriləcək.

Rejissorluq təlimlərini Teleradio Akademiyasının müəllimləri, ali dərəcəli rejissorlar Elxan Məsumov, Əlimürsəl Hacızadə, montaj təlimini (II kurs tələbələri üçün) Teleradio Akademiyasının müəllimi Rəna Yunisli, qrafik dizayn təlimini isə Teleradio Akademiyasının müəllimi Hüseyn Hüseynov keçəcək.

Təlimlərə qatılmaq istəyənlər mayın 21-dək fakültənin Tədris tele-radio studiyasına müraciət edə bilərlər.

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026