BDU-nun kafedra müdiri Məmməd Çıraqov vəfat edib

16/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Mineralogiya və geokimya kafedrasının müdiri, əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor Məmməd Çıraqov vəfat edib.

O, 21 iyun 1938-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirəndən sonra AMEA-nın Kimya İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1966-1969-cı illərdə SSRİ EA Sibir şöbəsində Qeyri-Üzvü Kimya İnstitutunda aspirant, 1971-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasında baş müəllim, 1973-ci ildən dosent, 1990-cı ildən BDU-nun Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasında professor vəzifələrində çalışıb.

M. Çıraqov 220-dən çox elmi məqalənin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifidir.
O, pedaqoji-akademik fəaliyyəti dövründə 7 elmlər namizədi yetişdirib. Yeni quruluşların açılması, müqayisəli kristallokimya üsulunun yaranması və onun əsasında mineralların və qeyri-üzvi birləşmələrin modelləşdirilməsi, kalsium silikatlarında polisomatizm hadisəsi, mineralların çevrilməsinin istiqamətliliyi istiqamətində tədqiqat aparıb.

M. Çıraqov 1990-cı ildə Xudu Məmmədov adına mükafatla, 2008-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2009-cu ildə ”İlin müəllimi” fəxri adına, 2015-ci ildə isə AMEA-nın akad. M. V. Əliyev adına mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024