BDU-nun kafedra müdiri Qazaxıstanda Ümummilli Lider Heydər Əliyevin irsi ilə bağlı məruzə edib

07/06/2023

Qazaxıstanın Kostanay şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Azərbaycan Mədəniyyət Günlərinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Kostanay vilayətində “Birlik” Azərbaycanlıların Etnomədəni İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirlər silsiləsi A.Baytursınov adına Kostanay Regional Universitetində və Çelyabinsk Dövlət Universitetinin Kostanay şəhərindəki filialında elmi-praktik konfransın keçirilməsi ilə başlayıb.

“Etniklərarası münasibətlər. Müxtəlif ölkələrdə problemli məsələlərin həlli” mövzusunda təşkil edilən tədbirdə Kostanay vilayətinin icra hakimiyyətinin, Azərbaycanın Qazaxıstandakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, yerli ictimaiyyətin nümayəndələri, professor-müəllim heyəti və Azərbaycandan olan qonaqlar iştirak ediblər.

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri Saleh Nağıyev tədbirdə məruzə ilə çıxış edib.

Natiq qeyd edib ki, Azərbaycanın müasir tarixinin bütöv bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O, təkcə lider deyil, həm də müasir müstəqil Azərbaycan dövlətinin memarı və yaradıcısı idi. Məhz buna görə də bu dövr Azərbaycanın inkişafında ən parlaq səhifələrdən biridir. Ulu Öndər doğma xalqın ən ağır günlərində özünəməxsus qətiyyət və dözümlülük nümayiş etdirərək Azərbaycanın müstəqilliyini, milli dövlətçiliyi qoruyub saxlayıb, xalqın ümid və güvən yerinə çevrilib.  Məruzədə  Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq, Xəzəryanı dostluq məsələləri, Türk Dövlətləri Təşkilatında iki qardaş ölkənin nümunəvi işbirliyi, Ulu Öndər Heydər Əliyevin Qazaxıstanın görkəmli siyasi xadimləri ilə dostluq əlaqələri, eləcə də dahi rəhbərin diasporun yaranması və inkişafında rolu barədə ətraflı söz açılıb.

Saleh Nağıyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycan Mədəniyyət Günlərinə həsr olunmuş silsilə tədbirlərdə fəallığına görə Qazaxıstanda Azərbaycanlıların Etnomədəni İctimai Birliyi və Xalq Assambleyası Kostanay vilayəti şöbəsinin xüsusi təşəkkürnaməsinə layiq görülüb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024