BDU-nun Karyera və məzunlarla iş Mərkəzi ilə “Azersun Holdinq” nümayəndələri arasında görüş

28/01/2026

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi ilə “Azersun Holdinq” MMC-nin əməkdaşları arasında onlayn formatda görüş keçirilib.

Görüşdə BDU-nun Karyera planlaşdırılması şöbəsinin karyera planlaşdırılması üzrə məsləhətçisi Pərvanə Babayeva və “Azersun Holdinq” MMC-nin işçi təcrübəsinin idarəolunması üzrə baş mütəxəssisi Nurhan Məcidova iştirak ediblər.

Pərvanə Babayeva BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, tələbə və məzunlar üçün təşkil olunan tədbirlər, təlimlər və karyera məsləhət xidmətləri barədə ətraflı məlumat verib. O bildirib ki, Mərkəzin əsas məqsədi tələbə və məzunların əmək bazarının tələblərinə uyğun bacarıqlarla təmin olunmasına dəstək göstərmək və onların iş dünyası ilə əlaqələrini genişləndirməkdir.

“Azersun Holdinq” MMC-nin nümayəndəsi Nurhan Məcidova isə qurum tərəfindən həyata keçirilən layihələr və tələbə-gənclərə yönəlmiş təşəbbüslər haqqında danışıb. O, ölkənin marketinq sahəsində nüfuzlu müsabiqələrindən biri olan “BrandBoom” layihəsinin ikinci mövsümünün başlanması ilə bağlı təqdimat edib, layihənin məqsədi, iştirak şərtləri və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat verib.

Görüş zamanı müsabiqənin BDU tələbələri üçün daha əlçatan olması istiqamətində müzakirələr aparılıb, gələcəkdə bu kimi imkanlarla bağlı infosessiyaların təşkili planlaşdırılıb.

Xəbərlər

BDU-da “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forum keçirilir

BDU-da “Güclü dövlətin təməli  - Azərbaycan gəncliyi” adlı forum keçirilir
28/01/2026

BDU “QS Avropa 2026” reytinqində mövqeyini gücləndirib