BDU-nun Kimya fakültəsində “Fenol əsaslı xalkonlar əsasında bioloji-aktiv maddələrin sintezi və tədqiqi” mövzusu üzrə alınmış nəticələr müxtəlif xəstəliklərin müalicəsində istifadə oluna bilər

20/05/2021

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasında “Fenol əsaslı xalkonlar əsasında bioloji-aktiv maddələrin sintezi və tədqiqi” mövzusu üzrə elmi-tədqiqatlar davam edir. Fenol əsaslı xalkonlar (doymamış aromatik ketonlar), onların müxtəlif pirazol, izoksazol, pirimidin, imidazol, indazol, tiosemikarbazon və s. kimi törəmələri üzvi bir­ləşmələrin va­cib bir sinifi olub, bi­olo­ji aktivliyə ma­likdir. Tibbdə bu tip maddələrdən xər­çəng, vərəm, di­abet, malyariya, iltihab, göbələk və s. kimi xəstəliklərin mü­alicəsində dər­­man vasitələri ki­mi geniş istifadə olunur. Son illər kafedranın əməkdaşları tərəfindən fenol xalkonları əsasında yeni pirazol, izoksazol, pirimidin, imidazol, indazol, tiosemikarbazon və s. kimi praktik əhəmiyyət daşıyan maddələr sintez olunmuş, onların Staphylococcus aureus, Sal­monella enterica, Esche­ri­chia coli, Enterococcus faecalis, Pseudomonas aeruginosa, Coliform bacteria, Candida albicans, Aspergillus niger kimi bakteriya, eləcə də göbələklərə qarşı xassələri yoxlanılmışdır. Alınmış maddələrin xas­sələri ilə məhlul sistemlərində baş verən müxtəlif növ proseslərin əlaqəsi Nüvə Maqnit Rezonansı spek­tros­ko­pi­ya­sı­ ilə müəyyən edilmişdir ki, bu da dərman maddələrinin orqanizmdə təsir me­xa­niz­minin öyrənilməsi üçün nəzəri və praktik əhəmiyyət da­şı­yır. Hazırda göstərilən istiqamətlərdə elmi araşdırmalar davam etdirilir.

Xəbərlər

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir
18/07/2025

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib
17/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb
17/07/2025