BDU-nun Kimya fakültəsində "Nizami Gəncəvi Xəmsəsi" adlı tədbir keçirilib

21/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Nizami ili”nə həsr olunmuş "Nizami Gəncəvi Xəmsəsi" adlı onlayn tədbir keçirilib. Fakültənin TGT sədri Əli Qədirli iştirakçıları salamlayaraq tədbirin əhəmiyyəti barədə məlumat verib, Nizami irsinin öyrənilməsi və təbliği, dünya ictimaiyyətinə tanıdılması sahəsində aparılan işlərdən söz açıb.

Tədbirdə Kimya fakültəsinin I kurs tələbələri - Cahan İsmayılova, Nigar İlyasova, Əzizə Fərəcova, Nuray Əliyeva, Gülxar Xəlilova, Aysun Məlikova, Ariza Məmmədova, Nərmin Babayeva, Aysel Vəliyeva, Pərvanə Quliyeva, Türkan Mahmudova, Zəkiyyə Məmmədova, Nəzrin Nəzirova və Cahan İsmayılovanın Nizami Gəncəvi yaradıcılığı haqqında çıxış ediblər.

Tədbirdə dahi şairin şeirləri oxunub, həyat yolu barədə məlumat verilib. Sonra Zəkiyyə Məmmədovanın Nizami Gəncəvi yaradıcılığı haqqında hazırladığı videoçarx nümayiş olunub.

Tədbirdə uşaq hekayələri yazarı Çinarə Köçərli, "Məktəb guşəsi" jurnalının və saytının baş redaktoru Məzahir Məmmədli və BDU-nun Filologiya fakültəsinin müəllimi Ramil Bayramov mövzu haqqında çıxış ediblər. Çıxış edənlər Nizami irsinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayaraq bu nəhəng söz ustadının zəngin irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub saxladığını diqqətə çatdırıblar.

 

 

 

Xəbərlər

BDU-da “Azərbaycan və qütb tundrası florasının müqayisəli analizi” mövzusunda ustad dərsi

BDU-da “Azərbaycan və qütb tundrası florasının müqayisəli analizi” mövzusunda ustad dərsi
06/03/2026

BDU-da elmi seminar: “Bioloji modellərin tətbiqində süni intellektin imkanları”

BDU-da elmi seminar: “Bioloji modellərin tətbiqində süni intellektin imkanları”
06/03/2026

BDU və Dövlət Ehtiyatları Agentliyinin nümayəndələri arasında görüş

BDU və Dövlət Ehtiyatları Agentliyinin nümayəndələri arasında görüş
06/03/2026