BDU-nun Kimya fakültəsində “Nizami ili” çərçivəsində söz adamları ilə növbəti görüş

06/05/2021

Bakı Dövlət Universitetinin Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “”Nizami ili” çərçivəsində söz adamları ilə görüş" layihəsi davam edir. Kimya fakültəsinin dekan müavini Fuad Kərimli çıxış edərək yazıçı Varis Yolçuyevə tələbələrin dəvətini qəbul etdiyi ücün öz minnətdarlığını bildirib, söz-sənət adamları ilə görüşlərin tələbələrin dünyagörüşünün formalaşmasına müsbət təsirindən bəhs edib.

Yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Yazıçılar İttifaqının üzvü, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Əməkdar jurnalist Varis Yolçuyev tələbələrə həyat və yaradıcılığı, gənclərin cəmiyyətimizdəki  aparıcı mövqeyi  haqqında ətraflı məlumat verib. Yazıçılıq sənəti ilə yanaşı, jurnalist peşəsinin incəliklərindən də söhbət açan V.Yolçuyev müasir Azərbaycan oxucusunun mütaliə maraqları haqqında dəyərli fikirlər söyləyib, öz tövsiyələrini verib.

Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026