BDU-nun Kimya fakültəsində “Pentasillərin modifikasiyasının C8 alkilaromatik karbohidirogenlərin çevrilməsinin qanunauyğunluqlarına təsiri” mövzusu üzrə alınmış nəticələr para-selektivliyə malik effektiv katalizatorların sintezində istifadə oluna bilər

18/05/2021

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasında “Pentasillərin modifikasiyasının C8 alkilaromatik karbohidirogenlərin çevrilməsinin qanunauyğunluqlarına təsiri” mövzusu üzrə tədqiqat işləri davam etdirilir. Üzvi katalizdə xüsusi əhəmiyyət kəsb edən para-selektiv katalizatorlar perspektivli monomerlərin, geniş tətbiq sahələrinə malik olan stirolun və alkilaromatik karbohidrogenlərin para törəmələrinin alınmasına imkan verir. HZSM-5 tipli seolitin modifikasiyasının seolitdə kristal qəfəsinin quruluşuna; aktiv mərkəzlərin təbiəti, qüvvəsi və paylanmasına; modifikatorların tərkibinə və halına təsirinin qanunauyğunluqları, modifikasya olunmuş katalizatorların para-selektivliyininin onların turşu xarakteristikaları və kanallarının ölçüləri ilə qarşılıqlı əlaqəsi müəyyənləşdirilmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatların nəticələri C8 alkilaromatik karbohidrogenlərin izomerləşməsi, disproporsionlaşması və alkilləşməsi reaksiyaları üçün yüksək para-selektivliyə malik effektiv katalizatorların sintezində istifadə oluna bilər. Nəticələr seolitlərin molekulyar-ələk xassələrini miqdarı qiymətləndirməyə və onların katalitik proseslərdə seçiciliyini  proqnozlaşdırmağa imkan verir. Hazırda göstərilən istiqamətlərdə elmi araşdırmalar davam etdirilir.

Xəbərlər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər
15/12/2025

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”
15/12/2025

Ən böyük azərbaycanlı, əbədiyaşar Lider

Ən böyük azərbaycanlı, əbədiyaşar Lider
12/12/2025