BDU-nun Kimya fakültəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

11/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) Kimya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Bir ömür salnaməsi – Heydər Əliyev” adlı tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kimya fakültəsinin I kurs tələbələri Elay Kərimli və Səbinə Məmmədova Ulu Öndərin həyat yolu, siyasi fəaliyyəti, azərbaycançılıq ideologiyasının təşəkkülü, eləcə də gənclərə göstərdiyi xüsusi diqqət və qayğı barədə məruzə ediblər. Çıxışlarda Heydər Əliyevin təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi inkişaf etdirdiyini və bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib.

Tədbir fakültənin tələbələri Fəriqə Məmmədova və Nuray Mahmudlunun hazırladığı bədii hissə və Ümummilli Liderin həyat yolundan bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026