BDU-nun kimya fakültəsinin 1971-ci il məzunları ilə görüş

29/06/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov kimya fakültəsinin 1971-ci il məzunları ilə görüşüb. 40 illik ayrılıqdan sonra doğma universitetdə bir araya gələn məzunlar tələbəlik illəri ilə bağlı unudulmaz xatirələrini bölüşüb, keçmiş günləri xatırlayıblar. Çıxış edən Azərbaycan Neft Akademiyasının kafedra müdiri, professor Cəbrayıl Mirzai uzun ayrılıqdan sonra qrup yoldaşlarının bir masa arxasına yığışmasını əlamətdar hadisə adlandırıb. Onun sözlərindən məlum olub ki, 45 il öncə 75 nəfərin Azərbaycan, 25 nəfərin isə rus bölməsinə daxil olduğu 100 nəfərlik paktodan bügünkü görüşə 60 nəfər qatılıb. Sonra söz 222-ci qrupun məzunu Abel Məhərrəmova verilib. Görüşün əhəmiyyətindən danışan rektor 40 il sonra qrup yoldaşlarını bir arada görməkdən son dərəcə məmnunluğunu ifadə edib. Rektor həmin dövrə xas tələbəlik illərindən, prinsipiallıqlarından, oxumağa, araşdırmaya daha çox meyl etmələrindən danışıb. Tələbəlik illərindən çəkilmiş fotoşəkillərin nümayişi ilə davam etdirilən görüşdə qocaman müəllim Əyyub Əyyubov çıxış edib. O məzunların dəyişmədiyini, 40 il öncəki kimi cavan və təravətli qaldıqlarını bildirib. Məzunlar adından çıxış edən AMEA-nın Neft-Kimya Problemləri İnstitutunun əməkdaşı Esmira Sadıqova görüşün yüksək səviyyədə təşkilinə, uzun illərdir görüşməyən qrup yoldaşlarının ayrılıq həsrətinə son verdiyinə görə rektor Abel Məhərrəmova təşəkkür edib. Sonra kimya fakültəsinin builki məzunları çıxış edib, respublikamıza, doğma universitetimizə layiqli kadr olacaqlarını bildiriblər. Məzunlar Heydər Əliyev muzeyi, elmi-tədris və elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar. Onlara xatirə hədiyyələri verilib.

Mətbuat və İnformasiya şöbəsi, 29 iyun 2011-ci il.


 

 

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026